“Şimal axını-2” qaz kəmərinə görə Avropa ölkələrinə xəbərdarlıq edildi

simal-axini-2-qaz-kemerine-gore-avropa-olkelerine-xeberdarliq-edildi
17:11 - 13 Yanvar

ABŞ Rusiyanın “Şimal axını-2” layihəsinin tamamlanmasına dəstək göstərən Avropa şirkətlərinə xəbərdarlıq edib.

"Margin" “Reuters”-ə istinadən xəbər verir ki, bu haqda məlumat ABŞ Dövlət Departamenti tərəfindən verilib. Məlumata görə , ABŞ bu ay Rusiyanın “Şimal axını-2” qaz kəmərinin çəkilməsində kömək göstərən Avropa şirkətlərinə sanksiya tətbiq edə bilər.

Əlavə edək ki, Rusiyanın Avropadakı ən əhəmiyyətli layihələrindən biri olan 11 milyard dollarlıq boru kəməri Vaşinqton ilə Moskva arasında gərginliyə səbəb olub. Belə ki, Tramp bu layihənin Rusiyanın Avropadakı iqtisadi və siyasi təsir gücünü artacağını bildirib. Dövlət Departamenti sonuncu dəfə keçən ilin oktyabr ayında “Şimal axını-2” üzrə sanksiyalar paketini genişləndirib və bu proses layihənin tam dayandırılmasınadək davam edəcək.

Rusiya rəsmilərinin sözlərinə görə, layihə üzrə işlər artıq 93% tamamlanıb və qısa zamanda Avropa ölkələrinin dəstəyi ilə sona çatdırılacaq.

Xatırladaq ki, Qazprom ABŞ-ın 2019-cu ilin dekabrında tətbiq etdiyi sanksiyalardan sonra “Şimal axını-2” qaz kəmərinin tikintisini bir il müddətinə dayandırmışdı.