SOCAR: Neft qiymətləri yay aylarında 80 dollara çatacaq

socar-neft-qiymetleri-yay-aylarinda-80-dollara-catacaq
11:00 - 23 Fevral

Neftin qiyməti investisiya bankları tərəfindən edilən təxminlərlə və "Goldman Sachs"ın qarşıdakı aylarda neftin qiymətinin 70 dollara çatacağını açıqlaması ilə artmağa davam edir.

"Margin" xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti gün ərizində maksimum 65,81 dollara çatıb. Neft qiymətlərinin daha da artacağını gözləyən hasilatçı ölkələr qiymət proqnozlarını artırmağa başlayıblar.

Azərbaycan Dövlət Neft şirkəti yay aylarında Brent markalı neftin qiymətinin 80 dollara çata biləcəyini açıqlayıb.