"SOCAR Trading"in ticarət üzrə baş direktoru neft qiymətlərinin 100 dolları keçə biləcəyini bildirib

socar-tradingin-ticaret-uzre-bas-direktoru-neft-qiymetlerinin-100-dollari-kece-bileceyini-bildirib
13:12 - 23 Fevral

Qlobal neft bazarında çatışmazlıq yaranacağı proqnozlaşdırılır.

"Margin"in "Financial Post"a istinadən xəbər verir ki, bu barədə "SOCAR Trading"in ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə açıqlayıb.

Xəyal Əhmədzadə bildirib ki, neftə olan tələbin sürətlə artması və istehsalçıların bu tələb dərhal yerinə yetirə bilməyəcəyinə görə bu il neftin bir barelinin 80 dollara çatacağı gözlənilir: “Yaxın 18-24 ay ərzində neftin bir barrelinin qiyməti 100 dolları keçə də bilər. Bundan əlavə, "OPEC+" iştirakçıları tərəfindən hasilatın artması və tezliklə, neftin nəqlinin tam bərpa edəcəyi gözlənilir. Ancaq, bütün bunlar da neftə olan tələbi tam təmin edə bilməyəcək və neftin qiyməti daha da artacaq”.

Neftin qiymətinə təsir göstərən digər amil isə 2020-ci ildə neft ehtiyatlarının azalması ilə əlaqəlidir.

Əlavə edək ki, 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında qəbul edilən razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq.