Sosial sahibkarlıq, Kraudfandinq və Layihələrin idarə olunması mövzularında kitab çap olunub

sosial-sahibkarliq-kraudfandinq-ve-layihelerin-idare-olunmasi-movzularinda-kitab-cap-olunub
14:40 - 10 Aprel

Kraudfandinq platforması olan “Toxum.org” və sahibkarlıq sahəsinə öz imzasını atmış şəxslərin təşəbbüsü ilə insanların yaradıcı fikirlərinə həyat vermək üçün ərsəyə gətirilən və ölkəmizdə ilk dəfə öz doğma dilimizdə sosial sahibkarlıq, kraudfandinq, layihənin idarə olunması mövzularını əhatə edən “TOXUM” kitabı çap olunub. Kitabı əlinə alan hər kəs öz arzusunda olduğu layihəni necə reallaşdırmaq olar onu öyrənəcək.

Kitab sosial sahibkarlıq, layihələri idarə etmək, maddi vəsait toplamaq üçün kampaniya başlatmaqla bağlı bilikləri əhatə edir. Bu mövzuların hər biri real keyslər üzərindən, nümunələrlə, sxem və cədvəllərdən istifadə edilərək çox sadə dildə izah olunub.

Kitabın müəllifləri Global winner 2020-nin qalibi, sosial sahibkar Sara Rəcəbli, Kvan kitabının

müəllifi Coşqun Kərimov, PMP sertifikatlı layihə meneceri Kamran Cəbrayılov, Toxum.org platformasının həmtəsisçisi, iqtisadçı Toğrul Vəliyevdir.

Simurq Təhsil Fondu (şəhid və qazi ailələrinin övladlarının təhsilinə dəstək olmaq məqsədilə yaradılan sosial layihə) ilə birgə çalışan komanda, ianə edilən hər 15 manata görə 1 kitabı dəstəkçiyə, bir kitabı isə STF-yə bağışlamağı öz öhdəsinə götürüb.

Bir toxumla iki ağac yetişdirmək həqiqi mənada mümkün olmasa da, bu Toxum kitabı üçün real hadisəyə çevrilmiş oldu. Kitabı 070 538 64 72, 055 890 32 31 nömrələrinə zəng edərək və ya info@toxum.org mail ünvanına yazaraq sifariş edə bilər , eyni zamanda BookZone kitab mağazasından əldə edə bilərsiniz.