"S&P" beynəlxalq reytinq agentliyi “Azərenerji”-nin kredit reytinqini təsdiqləyib

sp-beynelxalq-reytinq-agentliyi-azerenerji-nin-kredit-reytinqini-tesdiqleyib
12:50 - 28 Oktyabr

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin kredit reytinqini yenidən BB/B səviyəsində təsdiqləyib.

"Margin" xəbər verir ki, bu barədə məlumatı Standard & Poor's” beynəlxalq reytinq agentliyi bildirib.

Bununla belə, qurum reytinq üzrə proqnozunu "Sabit"-dən "Mənfi"-yə dəyişib.

“Standard & Poor's” hesab edir ki, “Azərenerji”-nin suveren reytinqi üzrə risklərinin artması onun kredit ödəmə qabiliyyətinin də aşağı düşməsinə səbəb olur:

"Azərenerji" maliyyə problemi yaşayarsa hökumətin ona vaxtında və kifayət qədər əlavə dövlət dəstəyi göstərməsi ehtimalı olduqca yüksəkdir. Hazırda səhmdar cəmiyyətinin borclarının 85%-i birbaşa hökumətədir, qalan borc isə dövlət zəmanəti ilə xaricdən əldə edilib. Dövlət “Azərenejri”nin likvidlik probleminin həlli üçün dəstəyini davam etdirəcək. Maliyyə Nazirliyi bu qurumun borc faizlərinin ödənməsi, səhmdar inyeksiyaları, birbaşa aşağı faizli dövlət borcları və vergi güzəştləri ilə bağlı məsələlərini həll etmək üçün təcrübəyə malikdir. Ehtimal ki, bu dəstək 2020-2021-ci illərdə də davam edəcək. Hökumətin 2020-2021-ci illərdə “Azərenerji”nin borclarını və faiz ödənişlərini həyata keçirmək üçün kifayət qədər büdcə ayırdığını anlayışla qarşılayırıq”.