"S&P" Rusiyanın sığorta sektorunun risk səviyyəsini endirib

sp-rusiyanin-sigorta-sektorunun-risk-seviyyesini-endirib
12:55 - 10 Aprel

Beynəlxalq reytinq agentliyi "Standard and Poors" Rusiyada həyat sığortası xaricindəki sığorta sektorunun risk səviyyəsini "yüksək"dən "orta" səviyyəyə endirib.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə reytinq agentliyi açıqlayıb.

Məlumata görə, Rusiyanın böyük sığorta şirkətlərinin əksəriyyəti əhəmiyyətli kapital ehtiyatları yığıb və yaxşı əməliyyat göstəriciləri nümayiş etdiriblər. Buna görə də sığorta sektorundakı risk səviyyəsi "yüksək"dən "orta" dərəcəyə endirilib. Bu, ötən ilin çətin olmasına baxmayaraq, Rusiya sığorta şirkətlərinin son beş ildəki fəaliyyətinin sabitliyini əks etdirir.

Agentlik bütün bunlara baxmayaraq, yaxın gələcəkdə bu sahənin inkişaf perspektivlərinin məhdud olacağını və böyümə sürətinin 2021-2022-ci illərdə təxminən 5% olacağını proqnozlaşdırır. Bu, iqtisadi canlanma sürətindən və əhalinin gəlirlərinin artmasından asılı olacaq.