S&P: "Türkiyədəki İslami bankalar son 5 ildə sağlam tempdə böyüyüb"

sp-turkiyedeki-islami-bankalar-son-5-ilde-saglam-tempde-boyuyub
17:56 - 03 May

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Türkiyədəki İslami bankaların son 5 ildə sağlam nisbətdə böyüdüyünü açıqlayıb.

"Margin.az" xəbər verir ki, pandemiya, enerji sektorundakı dəyişikliklər və Türkiyənin elektrikli avtomobil istehsal etmək hədəfi İslami maliyyə məhsullarının istifadəsini artıracaq.

Agentlik bildirib ki, bank sektorunda İslami bankaların bazar payı 2025-ci ilə qədər 15%-ə, yəni iki dəfəyə kimi artacaq. Açıqlamada bu hədəfin bir neçə maneə ilə qarşılaşa biləcəyi və kapitalın mövcudluğunun qarşıdakı illərdə Türkiyədəki İslami maliyyənin artımını məhdudlaşdıra biləcəyi bildirilib. Həmçinin, Türkiyədə fəaliyyət göstərən İslami banklar 2015-ci ildə ümumi bank sektorunun 5,1%-ni təşkil etsə də ötən il bu göstərici 7,2%-ə qədər artıb. İslam İstiqrazları (Sukuk emissiyası) göstərilən dövrdə 2 milyard dollardan 14 milyard dollara yüksəlib.