"Tesla"nın gəliri 10,21 milyard dollar olacaq

teslanin-geliri-1021-milyard-dollar-olacaq
14:28 - 10 Aprel

Elektrikli avtomobil istehsalçısı "Tesla"nın bu ilin birinci rübündə gəliri təxminən 10,21 milyard dollar olacaq.

"Margin.az" "İnvesting.com"a istinadən xəbər verir ki, bu barədə şirkət açıqlayıb.

Məlumata görə, şirkətin gəliri analitikin proqnozlarından aşağıdır. "Tesla"nın səhm başına gəliri 0,81 dollar təşkil edib. Şirkətin ümumi gəlirinin isə 10,21 milyard dollar olacağı gözlənilir. İl ərzində "Tesla"nın səhmləri 4% azalıb.