"Tu-154" təyyarəsi Rusiyada son uçuşunu yerinə yetirib

tu-154-teyyaresi-rusiyada-son-ucusunu-yerine-yetirib
14:24 - 28 Oktyabr

"Alrosa" aviaşirkətinin "Tu-154" sərnişin təyyarəsi Rusiyada son uçuşunu həyata keçirib. Təyyarə uçuşunu Mirnıy-Novosibirsk reysi yerinə yetirib.

"Margin" xəbər verir ki, bu barədə məlumatı "Alrosa" aviaşirkəti bildirib.

Şirkət bildirir ki, oktyabrın 28-də Rusiyanın mülki aviasiyasında qalan yeganə "Tu-154" təyyarəsi son uçuşunu həyata keçirib. Alrosa" aviaşirkətinə məxsus təyyarə almaz bölgəsinin paytaxtı Mirnıy şəhərindən Novosibirskin Tolmaçovo aeroportuna uçub. İki saat davam edən uçuş çərçivəsində təyyarə 140 sərnişin daşıyıb".

Aviaşirkətin baş direktoru Andrey Qulovun sözlərinə görə, təyyarənin uçuşa yararlılıq sertifikatının müddəti başa çatır: "Bununla yanaşı, onun əvəzinə daha səmərəli və qənaətcil müasir təyyarələr gəlir. İstifadədən çıxarıldıqdan sonra təyyarə gələcək taleyi ilə bağlı qərar qəbul edilənədək Tolmaçovo hava limanında qalacaq".

Xatırladaq ki, "Tu-154" təyyarəsi Tupolev Konstruktor Bürosunda hazırlanıb və 28 il əvvəl, 25 noyabr 1992-ci ildə Samaradakı "Aviakor" zavodunda yığılıb.Təyyarə ilə ilk uçuş 1968-ci ilin oktyabrın 3-də həyata keçirilib, 1972-ci ilin fevralın 9-dan etibarən isə təyyarə istismara verilib. Ümumiyyətlə, 1 000-dən çox "Tu-154" təyyarəsi istehsal olunub.