Türkiyə 128,9 milyon dollar həcmində pomidor ixrac edib

turkiye-1289-milyon-dollar-hecminde-pomidor-ixrac-edib
13:53 - 10 Aprel

Türkiyə bu ilin yanvar-mart dövründə 45 ölkəyə 128 milyon 909 min dollarlıq pomidor ixrac edib. Belə ki, Türkiyə 45 ölkəyə 167 min 642 ton pomidor ixrac edib.

"Margin.az" xəbər verir ki, Türkiyə ötən il 56 ölkəyə 304 milyon 513 min dollar dəyərində pomidor ixrac edib. Ölkə ötən ilin yanvar-mart dövründə isə 126 milyon 54 min dollar həcmində 156 min 682 ton pomidor ixrac edib.

Türkiyə bu dövrdə ən çox Rusiyaya pomidor satıb.  Rusiyaya ilk üç ayda 37 milyon 484 min dollarlıq pomidor ixrac edilib. Rusiyadan sonra 21 milyon 532 min dollarla Rumıniya, 11 milyon 84 min dollarla Polşa gəlib.