Türkiyə günəş enerjisi sektoruna 15 milyon dollar investisiya yatırır

turkiye-gunes-enerjisi-sektoruna-15-milyon-dollar-investisiya-yatirir
17:01 - 10 Aprel

Türkiyənin "Gumbel Qrup"u ölkədəki günəş enerjisi layihələri üçün texnoloji araşdırmalara 15 milyon dollar investisiya yatıracaq. Şirkət layihələrdə günəş enerjisinin səmərəliliyini artırmağı planlaşdırır.

"Margin.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankarada yerləşən günəş enerjisi firması "Gumbel Group" bu il günəş enerjisi layihələri üçün texnoloji araşdırmalara 15 milyon dollar sərmayə yatıracaq. Şirkət aşağı potensiala sahib olan bölgələrdən günəş enerjisini əldə etmək üçün müxtəlif texnologiyalardan istifadə edəcək.

Əlavə edək ki, Türkiyə 2023-cü ilə qədər təmiz elektrik enerjisi istehsalının payını 31%-dən 50%-ə artırmağı planlaşdırır.