Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

turkiye-merkezi-banki-faiz-derecesini-sabit-saxlayib
18:23 - 06 May

Türkiyə Mərkəzi Bankı pul siyasəti faizində dəyişiklik etməyib və 19% səviyyəsində saxlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə bank Pul Siyasəti Komitəsinin (MPC) iclasından sonra açıqlayıb.

Məlumata görə, bəzi sektorlarda tədarük məhdudiyyətləri inflyasiya gözləntilərini artırıb. Bankın inflyasiya gözləntiləri yüksək olduğu üçün əhəmiyyətli azalma əldə edilənə qədər pul siyasətindəki mövcud vəziyyət qorunacaq.