Türkiyənin Avropa ölkələrinə ixracı iki dəfə artıb

turkiyenin-avropa-olkelerine-ixraci-iki-defe-artib
16:55 - 06 May

Türkiyənin bu ilin aprel ayında Avropa İttifaqı ölkələrinə ixracı ötən ilin eyni dövrünə görə 128,4% artaraq 7 milyard 180 milyon ABŞ dollarına çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin hesabatında qeyd olunub.

Məlumata görə, bu ilin birinci rübündə Türkiyənin ümumi ixracı ötən ilin eyni dövrünə görə 33,1% artaraq 68 milyad 752 milyon 329 min dollara yüksəlib. Bu göstərici, ötən il 51 milyard 641 milyon 700 min dollar təşkil edib.

Ölkə Avropa İttifaqına 26 milyard 860 milyon 585 min dollarlıq məhsul ixrac edib. Türkiyə aprel ayında ən çox Almaniyaya məhsul satıb. Ölkənin bu ilin aprelində Almaniyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,8% artaraq 1 milyard 520 milyon 241 min dollara çatıb. Türkiyənin İtaliyaya ixracı 119%, İspaniyaya 157%, Fransayaya 224, Hollandiyaya 114% artıb.