Türkiyənin ixracı ən yüksək səviyyəyə yüksəlib

turkiyenin-ixraci-en-yuksek-seviyyeye-yukselib
14:30 - 03 May

Türkiyənin bu ilin aprel ayında ixracı 109% artaraq 18,8 milyard ABŞ dollarına yüksəlib. Bu, bütün zamanların ən yüksək aprel ixrac göstəricisidir.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş açıqlayıb.

Məlumata görə, aprel ayında ixrac 2019-cu illə müqayisədə 22,3% artıb. Beləliklə, ölkənin ixracı pandemiyadan öncəki səviyyədən belə daha yüksəkdir. Türkiyənin idxalı isə 2020-ci ilin eyni ayı ilə müqayisədə 61,4% artaraq 21,9 milyard ABŞ dolları təşkil edib. Xarici ticarət açığı ötən ay 2020-ci ilin aprel ayı ilə müqayisədə 31,9% azalaraq 3,1 milyard ABŞ dollarına düşüb. Bu göstərici ötən ilin eyni dövründə 4,6 milyard ABŞ dolları təşkil edib.

İxracın idxala nisbəti aprel ayında 19,5 bənd artaraq 85,7%-ə yüksəlib.