"Twitter" Donald Trampın daha bir hesabını bağlayıb

twitter-donald-trampin-daha-bir-hesabini-baglayib
10:44 - 07 May

"Twitter" sosial media platforması keçmiş ABŞ prezidenti Donald Trampın açıqlamasını yayımlayan "Trump Desk" hesabını bağlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət açıqlayıb.

Məlumata görə, "Twitter"in əvvəllər hesabını bağladığı Donald Trampın açıqlamalarını yayımlayan digər hesabı da bağlanıb. 

Əlavə edək ki, "Facebook", "Instagram" və "Twitter" ötən ilin yanvarın 6-da Trampın hesabını bağlayıblar. Sosial media şirkətləri açıqlayıb ki, Donald Trampın prezident seçkiləri müddətində xidmətlərdən istifadə etməsi böyük risklər yarada bilər.