Üç mindən çox adama elektron pensiya arayışı verilib

uc-minden-cox-adama-elektron-pensiya-arayisi-verilib
09:44 - 30 Aprel

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə bu bilin birinci rübündə 7149 nəfər elektron arayış alıb.

DSMF-dən "Margin.az"a verilən məlumata görə, bu arayışların 3146-sı pensiya, 1894-ü müavinət və təqaüd, 866-sı fərdi şəxsi hesab, 496-sı ünvanlı dövlət sosial yardımı, 253-ü torpaq pay mülkiyyətçisi, 203-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi, 148-i şəhid ailəsi üzvü, 69-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 34-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 35-i əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.