Ukrayna Rusiya və Belarusiya enerji sistemlərindən ayrılacaq

ukrayna-rusiya-ve-belarusiya-enerji-sistemlerinden-ayrilacaq
16:33 - 06 Mart

Ukrayna enerji sistemini 2022-ci ildə Rusiya və Belarusun enerji sistemlərindən ayracaq.

“Margin.az” xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Yuri Vitrenko Litvanın energetika naziri Daynyus Kreyvislə ilə onlayn görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya və Belarusiya enerji sistemlərindən ayrılaraq təcrid olunmuş iş rejiminə keçəcək. Bunun Ukraynadakı elektrik bazarının monopoliyadan çıxarılmasını təmin edəcəyi və Kiyevin Avropa enerji sisteminə inteqrasiya edəcəyi gözlənilir.

Vitrenko hazırda enerji avadanlıqları və şəbəkələrin modernləşdirilməsi də daxil olmaqla, enerji sistemlərinin sinxronizasiya prosesinin son mərhələdə olduğunu bildirib. Avropa enerji sistemi ilə sinxronizasiya Ukraynada elektrik enerjisinin Avropa qaydaları və prosedurlarını tətbiq etməyə imkan yaradacaq.

Beləliklə, 2022-ci ildə Ukraynanın enerji sistemi Rusiya və Belarusun enerji sistemlərindən ayrılaracaq və  2023-cü ildə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsi (ENTSO) ilə tam sinxronlaşdırılacaq.