Ümumdünya Turizm Təşkilatı turizm sektorunun itkilərini açıqlayıb

umumdunya-turizm-teskilati-turizm-sektorunun-itkilerini-aciqlayib
09:25 - 28 Oktyabr

Cari ilin ilk səkkiz ayı ərzində dünyada turist səfərlərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 70% azalıb.

"Margin" xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Turizm Təşkilatı bildirib.

Həmçinin, aylar üzrə illik müqayisədə iyulda 81%, avqustda isə 79%-lik azalma qeydə alınıb.Yanvar-avqust aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 700 milyon az səyahət qeydə alınıb. İqtisadi itkilər 730 milyard ABŞ dollarına çatıb ki, bu da 2009-cu il böhranından 8 dəfə çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Ümumdünya Turizm Təşkilatı dünyada 1,5 milyard beynəlxalq turist səfəri qeydə alıb.