ÜTT : "Bu ilin son aylarında qlobal ticarət zəifləyəcək"

utt--bu-ilin-son-aylarinda-qlobal-ticaret-zeifleyecek
17:44 - 20 Noyabr

Bu ilin üçüncü rübündə qlobal ticarətdə güclü artım müşahidə edilsə də, koronavirus pandemiyasının ikinci dalğası fonunda ilin son aylarında ticarətin yenidən zəifləməsi proqnozlaşdırılır.

"Margin" xəbər verir ki, bu haqda məlumat Ümumdünya Ticarət Təşkilatının hesabatında qeyd olunub.

Məlumata əsasən, rüblük mal ticarəti son rübdə 100.7-ə yüksəlib. Halbuki, avqust ayında bu göstərici 84.5 nisbətində olub. Ancaq, yüksək göstəricilərə baxmayaraq, koronavirus qlobal ticarətdə qeyri-müəyyənlik yaratmağa davam etdiyi üçün dördüncü rübdə yavaşlayama gözlənilir.

Xüsusilə, ABŞ və Avropa iqtisadiyyatlarında ciddi azalmalar müşahidə olunur. .

ÜTT-nin son hesabatı oktyabr ayında yenidən işlənən ticarət proqnozu ilə eynidir və 2020-ci ildə dünya ticarət ticarətinin 9,2%  azalacağı proqnozlaşdırılıb.

ÜTT həmçinin qeyd edib ki, ticarətin inkişaf mərhələsi Covid-19 peyvəndindən aslıdır.