Venesuela Çinə neft tədarükünü bərpa edib

venesuela-cine-neft-tedarukunu-berpa-edib
11:35 - 27 Noyabr

Venesuela ABŞ-ın sanksiyaları səbəbindən dolayı yollarla həyata keçirdiyi Çinə birbaşa neft tədarükünü bərpa edib.

“Margin” xəbər verir ki, bu barədə məlumatı “Refinitiv Eikon” analitik şirkətinin məlumatlarında və Venesuela dövlət neft-qaz şirkəti olan PDVSA-nın rəsmi sənədlərində qeyd olunub.

Məlumata əsasən, Venesuela neftinin birbaşa Çinə nəqlini bərpa etdirən ilk tanker avqustun sonlarında Xose limanında 1,8 milyon barel ağır neft yükləyərkən “Tanker Trackers” gəmi izləmə xidməti tərəfindən aşkarlanan “Kyoto” olub.

Qeyd olunub ki, PDVSA-nın müştərilərindən olan Çin Milli Neft-Qaz Korporasiyası və neft-qaz nəhəngi “PetroChina” 2019-cu ilin avqust ayından Venesuela limanlarında xammal yükləməyi dayandırıb . Bu, Venesuela şirkətinə qarşı ABŞ məhdudiyyətlərinin genişlənməsindən sonra baş verib.