"Volkswagen", satışlarını artırmaq məqsədi ilə qlobal bazar üçün elektrikli avtomobil istehsalını planlaşdırır.
“Margin” xəbər verir ki ,“Kiçik BEV (Batareya Elektrikli Vasitə)” adı verilən layihə çərçivəsində elektrikli avtomobillər 24-30 min dollar arasında satışa çıxarılacaq.
"Volkswagen" , avtomobillərin nə vaxt və ya harada istehsal oluna biləcəyi barədə məlumat verməyib.
Avtomobil istehsalçısı, Avropa Birliyinin daha sərt emissiya hədəflərinin 2030-cu ilə qədər Avropa avtomobil satışlarındakı hibrid və elektrikli nəqliyyat vasitələrinin nisbətini əvvəlki 40% -dən 60% -ə yüksəltməyə məcbur edəcəyini bildirib.
Xatırladaq ki , dünyada son zamanlar elektrikli avtomobillərə tələb, dizel və neft ilə işləyən avtomobillərə nisbətən daha yüksəkdir. Buna səbəb isə, bu avtomobillərin daha az karbon qazı istehsal edərək ,qlobal iqlimi qorunmasıdır.