"Volvo Group"-un xalis mənfəəti 2,7 dəfə azalıb

volvo-group-un-xalis-menfeeti-27-defe-azalib
14:17 - 16 Oktyabr

İsveçin avtomobil istehsalçısı olan "Volvo Group"-un bu ilin 9 ayı ərzindəki xalis mənfəəti 2019-cu ilin ilk doqquz ayı ilə müqayisədə 2,7 dəfə azalaraq 10,714 milyard İsveç kronuna (təxminən 1,2 mlrd. ABŞ dolları) təşkil edib.

"Margin" xəbər verir ki, bu barədə məlumatı "Volvo Group" hesabatında bildirib.

Qeyd olunub ki, hesabat dövründə şirkətin satış həcmləri 26% azalaraq 241,528 mlrd. krona (27,2 mlrd. dollar) düşüb.

Cari ilin III rübünün nəticələrinə görə, "Volvo"nun mənfəəti illik ifadədə 21,8% azalaraq 5,9 mlrd. kron (664 mln. dollar) olub. Satışlar isə 22% azalaraq 76,852 mlrd. krona (8,66 mlrd. dollar) bərabər olub.

Qeyd edək ki, 1927-ci ildə təsis edilən və baş qərargahı Höteborq şəhərində yerləşən "Volvo" şirkəti yük maşınları, avtobuslar, inşaat texnikası, eləcə də dəniz və sənaye mühərrikləri istehsalında dünya liderlərindən biri sayılır.