"WhatsApp"ın pulköçürmə funksiyası daha bir ölkədə aktiv olub

whatsappin-pulkocurme-funksiyasi-daha-bir-olkede-aktiv-olub
18:52 - 06 May

"WhatsApp"messencerində pulköçürmə funksiyası daha bir ölkədə fəaliyyət göstərir.

"Margin.az" "Reuters"ə istinadən xəbər verir ki, "Facebook" şirkəti daha bir ölkədə "WhatsApp" messenceri üzərindən pulköçürmə funksiyasını əlçatan edib.

Hazırda yalnız Hindistan sakinləri deyil, həmçinin Braziliya vətəndaşları bu imkandan yararlana bilərlər. Bildirilib ki, yaxın vaxtlarda daha çox istifadəçi yeni funksiyaya giriş imkanı əldə edəcək. Həmçinin, pulköçürmə sisteminin daxilində komissiya yoxdur. Bu funskiyasında yeganə məhdudiyyət pul köçürülməsinə qoyulan limitdir. İstifadəçi bir dəfəyə 184 dollardan çox pul göndərə bilməz. Pul köçürülməsi və qəbulu üçün aylıq limit 920 dollardır.