Xəzər dənizindəki razılaşma ölkələr üçün nə vəd edir?

xezer-denizindeki-razilasma-olkeler-ucun-ne-ved-edir
14:06 - 23 Fevral

Xəzər dənizindəki təxminən 25 illik qarşıdurmadan sonra Türkmənistan və Azərbaycanın xarici işlər nazirləri Türkiyədə görüşüblər.

"Margin" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkmənistan xarici işlər nazirləri görüşüblər. İki ölkə "Dostluq" adlı neft sahəsində birlikdə çalışacaqlar.

Türkmənistanda "Serdar" və Azərbaycanda "Kepez" kimi tanınan yatağın hansı ölkəyə aid olduğu və illərlə necə işlədiləcəyi məsələsi iki ölkə arasında diplomatik problemlərə səbəb olub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Raşit Meredov yanvar ayında Türkmənistanın paytaxtı Aşqabadda görüşüb. Nazirlər iki ölkənin "Dostluq" adlanan neft sahəsindəki kəşfiyyatı, istismarı və istifadəsi üçün ortaq razılaşma əldə ediblər.Görüşdə qeyd olunub ki, bu razılaşma həm iki ölkənin, həm də qonşu ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

İmzalanma mərasimində videokonfrans vasitəsi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov da iştirak ediblər.

İlham Əliyev Bakı ilə Aşqabadın ilk dəfə Xəzərdə ortaq neft yatağı işlədəcəyini bildirib və "tarixi" olaraq xarakterizə etdiyi müqavilənin əhəmiyyətini vurğulayıb: “Bu tərəfdaşlıq iki ölkəni daha da yaxınlaşdıracaq. Razılaşma Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yeni bir səhifə açır. Bu layihə həm ölkələrimizin, həm də qonşularımızın enerji təhlükəsizliyini gücləndirəcək. Dostluq yatağı ixracat üçün böyük imkanlar yaradacaq və beləliklə, xalqlarımızın rifahlarını artırmağa imkan verəcəkdir. Bununla da əlaqələrimizin gələcək inkişafı üçün əhəmiyyətli bir addım atırıq ".

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov Azərbaycanla enerji əməkdaşlığının yeni bir mərhələyə qədəm qoyduğu bildirib: “Bu razılaşma ilə Azərbaycanla enerji əməkdaşlığımızın yeni bir mərhələyə qədəm qoyur. Bunun üçün siyasi iradə, texniki infrastruktur, işçi heyəti və neft sahəsində təcrübə də daxil olmaqla hər şeyə sahibik. Uğurlu əməkdaşlığın təməlində isə iki xalq arasında yüzillər boyu davam edən möhkəm qardaşlıq durur”.

Bundan əlavə, Türkiyədə bu razılaşmadan çox razıdır. Xəzər dənizində Azərbaycan və Türkmənistana məxsus ərazilərin tam ortasındakı neft yatağının təxminən 60 milyon ton neft ehtiyatına sahib olduğu təxmin edilir. Mütəxəssislər hesab edirlər ki, Xəzər dənizindəki ehtiyatların Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə əlaqəsi növbəti dövrün ən vacib məsələsi olacaqdır. Xəzərdəki qazın TANAP ilə dünyaya nəqli sektoru həyəcanlandıran bir inkişafdır. Bu həmçinin, Türkiyənin mövqeyini daha da gücləndirəcəkdir.