"Yahoo" ikinci dəfə satılıb

yahoo-ikinci-defe-satilib
11:07 - 04 May

"Verizon", "Yahoo" və "AOL" markalarını da əhatə edən "Verizon Media" şirkətini 5 milyard dollara özəl investisiya fondu "Apollo Global Mangement"ə satır.

"Margin.az" xəbər verir ki, bu barədə məlumatı "Verizon Media" açıqlayıb.

Məlumata görə, satışdan sonra şirkətin adı "Yahoo" olacaq və "Verizon" yeni şirkətdə 10% paya sahib olacaq. Beləliklə, "Yahoo" 4 il ərzində ikinci dəfə satılıb. "Verizon" 2015-ci ildə "AOL"u 4,4 milyard dollara, "Yahoo"nu isə 2017-ci ildə 4,5 milyard dollara satın alıb.