Yeni batareyalar elektrikli avtomobil xərclərini azaldır

yeni-batareyalar-elektrikli-avtomobil-xerclerini-azaldir
14:45 - 20 Noyabr

Son vaxtlar batareyalar kimyasında irəliləyişlər müşahidə edilib. Bu da ,beş il içərisində elektrikli nəqliyyat vasitələrinin ucuzlaşaraq, benzinlə işləyən avtomobillərlə eyni qiymət olmalarına səbəb olacaq.

"Margin" xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın avtomobil istehsalçısı "General Motors" şirkəti bildirib.

Şirkət, batareyalar kimyasında gözlənilən irəliləyişlərin elektrikli nəqliyyat vasitələrinin qiymətini endirəcəyini gözləyir.

"General Motors" şirkəti, dünya səviyyəsində 30 batareyalı nəqliyyat növünü istehsal edəcəyini və elektrikli nəqliyyat vasitələri üçün xərcləri 2025-ci ilə qədər vəd olunan 20 milyard dollardan 27 milyard dollara artıracağını açıqlayıb.Həmçinin, şirkətin 2025-ci ilədək 1 milyon həcmində elektrikli avtomobil satma hədəfi var.

Bundan əlavə, Kaliforniya və Birləşmiş Krallıqda benzin və dizellə işləyən avtomobillərin satışına 10-15 il ərzində qadağa qoyulacaq. Yeni seçilmiş prezident Co Bayden, prezident Donald Tramp tərəfindən rədd edilən yanacaq qənaəti qaydalarını bərpa edəcək və o, elektrikli nəqliyyat vasitələrinə və bateriyalara milyardlar xərcləyəcəyinə söz verib.