Yeni biznes dünyası: Nələrə fikir verilməlidir?

yeni-biznes-dunyasi-nelere-fikir-verilmelidir
16:20 - 20 Sentyabr

Yeni dönəmdə çox sevindirici hallardan biri də sahibkarların və sahibkar ruhlu şəxslərin pandemiyanın gətirdiyi imkanlardan faydalanmaq istəmələridir. Bu da ölkədə getdikcə yeni, müasir bizneslərə marağın artmasını bariz olaraq ortaya qoymaqdadır. Yeni bizneslər üçün şəxslər dövlət qurumlarına, investorlara, banklara müraciət edirlər və bu müraciət zamanıonlardan biznes plan tələb olunur. Biznes plan yazarkən və yazmamışdan öncə bəzi nüanslara diqqət etmək lazımdır və bu nüansları sizlərlə paylaşmağa qərar verdim.
 

Yaxşı bir biznes plana sahib ola bilərsiniz və bu ideyanıza çox inana bilərsiniz. Lakin mütləqdir ki, ideyanız üçün biznes plana başlamadan əvvəl bəzi nüanslara diqqət yetirəsiniz. Nədir bu nüanslar?

 

1. Əmin olmalısınız

İdeyanı ərsəyə gətirə bilərsiniz, yaxşı biznes plan da hazırlaya bilərsiniz və böyük bir investisiya cəlb edə bilərsiniz. Əgər siz bu ideyanın arxası ilə getmək fikrində tam əmin deyilsinizsə o zaman bu yükün altına girməyin. Çünki ciddi səy göstərmələr, nəticə ortaya qoymaq vacibliyi və investorların sizdən gözləntiləri investisiyadan sonra başlayır. Əgər yarımçıq saxlayacaqsınızsa və bu yükün altında qalacaqsınızsa həm uğursuz olacaqsınız həm də bu sizin növbəti işlərinizə də təsir göstərəcəkdir.

 

2. Potensial investorlar

Yaxşı biznes plan hazırlamaq sizin 1-2 ayınızı alacaq. Nəticədə siz biznes plana sahib olacaqsınız. Lakin bu biznes planı təqdim edəcək potensial investorlar yoxdursa işiniz 3-4 ay və bəlkədə çox uzanacaq. Buna görədə ilk öncə 3-5 arasında potensial investor kəşf edin. Onların fikirlərini alın. Ən azından yatırım etməkdə maraqlı olduqlarını öyrənin. Bundan sonra biznes planı hazır edin və o investorlarla görüş təyin edərək yaxşı təqdimat reallaşdırın.

 

3. Öncədən kiçik araşdırma

Yuxarıda da qeyd olunduğu kimi, biznes plan sizdən maddi və mənəvi resurslar apara bilər. Təxminən 2-3 ay zaman itirəcəksiniz bu binzes plana. Bu biznes plana başlamamışdan əvvəl sektorda kiçik bir araşdırma edilməli və sizin məhsula həqiqətən ehtiyac olub olmadığı təyin edilməlidir. Bundan əlavə olaraq 5-6 güvənilən şəxslə məsləhətləşmək lazımdır. Onların qata biləcəyi fikirlər çox önəmli olacaqdır. Bu fikirləri toparladıqdan sonra düzgün yolda olduğunu təyin etsəniz, heç gözləmədən biznes plana başalaya bilərsiniz.

 

 

Bəs necə edək ki, biznesimizə yatırım cəlb edə bilək? Nələrə diqqət etməliyik?

 

Maraqlı və həqiqətən uğurlu ola biləcək ideyaların çox olduğu, lakin onlardan çox kiçik hissəsinin investisiya aldığı bir dönəmdə yaşayırıq. Böyük əksəriyyətinin investisiya almamasının arxasında çox səbəblər durur. Düzgün təqdimat hazırlanmaması, düzgün biznes planın hazırlanmaması, sona qədər ideyanın arxası ilə gedilməməsi, düzgün yerdə investor axtarmama və bunun kimi 10-larla səbələr vardır ki, şəxslər öz biznes ideyalarına investor cəlb edə bilmirlər.

Biznes planda hansı məlumatlar olmalıdır və biznes planı effektiv edən 3 xüsusiyyət haqqında yazılara bundan öncə toxunduğum üçün bu yazıda daha maraqlı mövzuya toxunmaq istəyirəm.

Yazığım 15-ə yaxın biznes planda müxtəlif iş adamları ilə, layihə sahibləri ilə və investorlarla görüşlərim olub. Günün bu günündə də demək olar ki, hər gün yeni iş adamları ilə tanış oluram və hər gün yeni məlumatlar əldə edirəm.

Çox maraqlı bir nüans ondadır ki, ideya sahibləri investor axtarışında olarkən, ciddi investisiyaya malik olan şəxslərlə öz ideyalarını davam etdirmək istəyirlər. 1 və yaxud 2 layihəyə investisiya edə biləcək gücdə olan investorlar ilə işləməyi o qədər də üstün bilmirlər. Bunun əslində çox normal açıqlanması var.

Düşünün sizin “X” ideyanız var və bu ideyanın gerçəkləşməsi üçün sizə 50.000 AZN pul gərəklidir. Siz bu ideyanı kiçik investisiyaya yəni yalnız sizin ideyaya investisiya edəcək gücə malik investorla başlayırsınız.

Nəticə etibarı ilə hansı risklər yarana bilir?

 

  1. Proses zamanı sizdən davamlı olaraq nəticə istəyir,
  2. Vaxtından əvvəl nəticə istəyir çünki zamanla daha çox tədirgin olmağa başlayır,
  3. Tez fikrindən daşına bilir və investisiyanı geri çəkir,
  4. 1000 ölçür və bəzən heç biçmir,

 

Əlbəttəki bu hər bir investorda olmur. Kiçik büdcəli investorların yuxarıdakı sadalananları etməsi ehtimalı çoxdur.

 

Lakin investor axtararkən çox yaxşı olarki, böyük büdcəyə malik şəxslərlə işə başlanılsın. Bu insanlarla işləmək sizi böyük investisiyalara apara bilər.

Yenə 50.000 AZN investisiya tələb edən “X” ideyamızın olduğunu düşünək. Bu ideyanı reallaşdırmağa böyük büdcəyə malik investorla başladığımızı düşünək.

Əgər bu ideyanız uğurlu olarsa, siz növbəti ideyanıza 200.000-500.000 AZN arasında da bir investisiya ala bilərsiniz. Çünki artıq özünüzü təsdiq etmisiniz. Bu investisiya isə sizi həqiqətən böyük yerlərə və böyük hədəflərə apara bilər.

Bunun üçün də investisiya cəlb edərkən işin bütün detalları ilə bərabər investorun büdcəsinin çox olması faktorunu da nəzərdən qaçırmayın. Bu faktor sizi böyük investisiyalara aparacaqdır.